Oğuzda yol qəzasında xəsarət alan üç nəfərin kimliyi məlum olub – YENİLƏNİB
Far.Az xəbər saytı

Oğuzda yol qəzasında xəsarət alan üç nəfərin kimliyi məlum olub – YENİLƏNİB


Oğuz rayonu ərazisində baş verən yol qəzasında üç nəfər xəsarət alıb.

"Far.Az"un Şimal-qərb bürosunun məlumatına görə, qəza zamanı "KİA" markalı avtomobildə olan Oğuz rayon sakini 1978-ci il təvəllüdlü Mətanət Ustakişiyeva, 1967-ci il təvəllüdlü İlqar Abışov və "Mercedes Vito" markalı yük avtomobilinin sürücüsü 1994-cü il təvəllüdlü Ayxan Nəsibov xəsarət alıblar.

Oğuz rayonunda ağır yol qəzası baş verib.

"Far.Az"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Kərimli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes Vito" markalı yük avtomobili ilə "KİA" markalı minik avtomobili toqquşub.

Qəza zamanı bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Əraziyə polis əməkdaşları cəlb olunub.

Oxşar xəbərlər

Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər