İstanbulda yaşayış kompleksində partlayış baş verib, iki nəfər xəsarət alıb
Far.Az xəbər saytı

İstanbulda yaşayış kompleksində partlayış baş verib, iki nəfər xəsarət alıb


Türkiyənin İstanbul şəhərinin Zeytinburnu rayonunda yerləşən yaşayış kompleksində baş verən partlayış sakinlər arasında təşviş yaradıb.

Far.Az "Sabah" nəşrinə istinadən xəbər verir ki, hadisə kompleksin giriş hissəsində yerləşən karqo qəbul məntəqəsində qeydə alınıb. Məlumata görə, həmin ünvana çatdırılan bağlama qısa müddət sonra hələlik naməlum səbəbdən partlayıb.

İnsident nəticəsində iki nəfər yüngül xəsarət alıb. Onlara hadisə yerində ilkin tibbi yardım göstərilib, daha sonra təcili tibbi yardım briqadası vasitəsilə xəstəxanaya çatdırılıblar. Həkimlər yaralıların vəziyyətini stabil qiymətləndirir.

Partlayışın baş verdiyi ərazi təhlükəsizlik tədbirləri çərçivəsində mühasirəyə alınıb. Polis əməkdaşları hadisə yerində araşdırmalara başlayıb. Partlayışın dəqiq səbəblərinin aparılacaq texniki ekspertizadan sonra məlum olacağı bildirilib.

Oxşar xəbərlər

Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Yasamalda bina təhlükə altındadır: Sakinlər ölüm qorxusu ilə yaşayırlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər