Aşıq Əhlimanın səhhəti necədir? - Yoldaşından AÇIQLAMA
Far.Az xəbər saytı

Aşıq Əhlimanın səhhəti necədir? - Yoldaşından AÇIQLAMA


"Əhliman müəllim demək olar ki, danışmır, bir kəlmə də kəsmir. Bəzən olur ki, bir neçə söz deyir. Amma çox qısa. Nitqində problemlər var. Yaddaşındakı problemlər də özünü biruzə verir. Bəzən insanları tanıyır, bəzən yox. Gərək bir neçə dəfə deyəsən ki, filankəsdir, yadına düşsün. Müalicəsi yoxdur, Allah özü qorusun. Bütün günü yanında oluruq. Onu bir saniyə belə olsun tək buraxmırıq".

Far.Az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Əməkdar Mədəniyyət işçisi, fəlsəfə doktoru, dosent Aşıq Əhliman Rəhimovun həyat yoldaşı Aybəniz Salmanova deyib.

Aşıq Əhlimanın səhhəti necədir? - Yoldaşından AÇIQLAMA

O daha sonra əlavə edib:

"Bir neçə telekanal istədi ki, gəlib onu çəksin. Çəksələr belə danışmayacaq. Ona görə də razılıq vermədik. O, hər zaman efirlərdə olub, bayramlarda çıxışlar edib. Mahnıları dillər əzbəridir. İstəməzdik ki, onu tamaşaçılar indiki vəziyyətində görsün. Ona görə də çəkilişlərə icazə vermirik. Qoy, elə tamaşaçıların yaddaşında əvvəlki aşıq Əhliman kimi qalsın. Onun bu vəziyyəti ailəsini də, dostlarını da çox üzür. Əlimizdən dua etməkdən başqa heç nə gəlmir. Kaş, yenə də sazı əlinə götürüb, ifa edə biləydi" - deyə sənətkarın xanımı bildirib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bloger Aysel Şükür həyat yoldaşından ayrıldı
Ciqanla həyat yoldaşı bu səbəbdən ayrılıblar - AÇIQLAMA
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər