Azərbaycan ortamüddətli dövrdə dövlət borcunu ÜDM-in 23 %-dən aşağı səviyyədə saxlamağı planlaşdırır
Gələn ilin sonuna Azərbaycanın dövlət borcunun (xarici və daxili) ümumi məbləği 30 milyard manat səviyyəsinədək və ya ÜDM-in 23 %-inə çatacağı
proqnozlaşdırılır.
Bu barədə “Report” Maliyyə Nazirliynin açıqladığı “2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədinə istinadən xəbər verir.
Həmin dövrdə xarici dövlət borcunun 9 milyard manat və ya ÜDM-in 7 %-i həcmində, daxili dövlət borcunun isə 21 milyard manat və ya ÜDM-in 16 %-i həcmində olacağı gözlənilir.
Ortamüddətli (2025-2028-ci illər) dövrün sonuna Azərbaycanın dövlət borcunun (xarici və daxili) ümumi məbləğinin 33,8 milyard manat səviyyəsinə çatacağı, ÜDM-in 23 %-dən aşağı olacağı gözlənilir.
Xatırladaq ki, Azərbaycanın xarici dövlət borcu bu il iyulun 1-nə 5 milyard 361,3 milyon ABŞ dolları təşkil edib. Xarici dövlət borcunun 64,2 %-i çoxtərəfli maliyyə institutları üzrə, 25,9 %-i xarici bazarda yerləşdirilmiş istiqrazlar üzrə, 9,9 %-i isə ikitərəfli maliyyə institutlarından cəlb edilmiş kreditlər üzrə öhdəliklərin payına düşüb. Borcun 25,9 %-i avrobondlar üzrə, 35 %-i Asiya İnkişaf Bankı üzrə, 16,7 %-i Dünya Bankı üzrə, 22,4 %-i isə digər kreditorlardan cəlb edilmiş öhdəliklər olub.
Azərbaycanın 16 milyard 571,9 milyon manat təşkil etmiş daxili dövlət borcunun 7 milyard 280,7 milyon manatını dövriyyədə olan dövlət qiymətli kağızları, 9 milyard 291,2 milyon manatını isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəlikləri təşkil edib.
Hesabat tarixinə dövlət qiymətli kağızlarının 19,5 %-i 1 illik, 67 %-i 2 və 3 illik, 13,5%-i isə 5 il və daha artıq müddətli olub.
Oxşar xəbərlər
Nazir: “Enerji sisteminin gücləndirilməsi məqsədilə artıq ilkin layihələr beynəlxalq təşkilatlarla imzalanmaq üçün hazırdır”
Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsinin dəyəri 13 ilin maksimumuna çatıb
Samir Şərifov: “Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizəyə tələb olunan maliyyənin diaqnostikası aparılır” - MÜSAHİBƏ
Azərbaycan 2025-2028-ci illər üçün təbii qazın ixrac qiymətini açıqlayıb
Azərbaycanın xarici borcunun strukturu açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda 9 mərtəbəli yataqxana TƏMİR OLUNACAQ
-
Kürşad Zorlu: Özbəkistanın latın əlifbasına keçidlə bağlı qanunu qəbul etməsindən məmnunuq
-
Səudiyyə Ərəbistanına dron hücumuna görə İraqda hərbi komandir işdən çıxarılıb
-
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ
-
Səudiyyə Ərəbistanı XİN: Neft kəmərinə hücum edən dronlar İraqdan buraxılıb
-
Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb













