Tehranda yüz minlərlə insan küçələrə çıxdı
Far.Az xəbər saytı

Tehranda yüz minlərlə insan küçələrə çıxdı


İranın paytaxtı Tehranda mövcud hökumətə dəstək aksiyası keçirilib.

Far.Az İRİB-ə istinadən xəbər verir ki, aksiyada iştirak edən insanlar ölkədə sabitliyin qorunmasının vacibliyini vurğulayıblar.

Qeyd edək ki, ötən gün ölkənin prezidenti Məsud Pezeşkian xalqı hazırkı hakimiyyətə dəstək vermək küçələrə çıxmağa çağırmışdı.

Son məlumatlara görə, ölkə daxilində baş verən iğtişaşlarda 500-dən çox insan həlak olub. 490 etirazçı və 48 təhlükəsizlik əməkdaşının öldüyü təsdiqini tapıb.

Bundan əlavə, iki həftə davam edən aksiyalarda 10 600-dən çox insan həbs olunub.

İran hökuməti iğtişaşlarda həlak olanlar üçün üçgünlük ümummilli matəm elan edib.

Oxşar xəbərlər

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda iştirak edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident Azərbaycanda sosial müavinətləri artırdı - FƏRMAN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər