Azərbaycan USTDA ilə reallaşa biləcək birgə layihələri müzakirə edib
Far.Az xəbər saytı

Azərbaycan USTDA ilə reallaşa biləcək birgə layihələri müzakirə edib


Azərbaycan və ABŞ arasında iqtisadi-ticarət, enerji, investisiya, nəqliyyat-tranzit, sənaye və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük perspektivlər var.

"Far.Az" xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin ABŞ-nin Ticarət və İnkişaf Agentliyinin (USTDA) regional direktoru Karl Kress ilə keçirilən görüşdə bildirilib.

Görüşdə Azərbaycanın ABŞ ilə münasibətlərin inkişafına önəm verdiyi vurğulanıb.

Tərəflər USTDA ilə əməkdaşlıq çərçivəsində reallaşa biləcək birgə layihələr barədə fikir mübadiləsi aparıblar. Azərbaycan-ABŞ iqtisadi-ticarət tərəfdaşlığının genişləndirilməsi, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) perspektivi və qarşılıqlı maraq doğuran digər əməkdaşlıq imkanları müzakirə olunub.

Görüşdə birgə təşəbbüslərin həyata keçirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər