Ekspert: Xarici investorlar Azərbaycanda BOEM layihələrinə davamlı maraq göstərirlər
Azərbaycanda bərpa olunan enerji mənbələrinin (BOEM) inkişafı iri xarici şirkətlər və beynəlxalq maliyyə institutlarında daim maraq doğurur.
Bu barədə "Far.Az"un Qazaxıstan bürosuna ölkənin Parlamentarizm Fondunun eksperti, ekonometrika üzrə professor Nurlan Munbayev bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda BOEM layihələrinin əsas investorlarından biri beynəlxalq maliyyə institutlarıdır: "Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Asiya İnkişaf Bankı və Dünya Bankının strukturları Azərbaycanda "yaşıl keçid"i ardıcıl surətdə dəstəkləyir, həm maliyyə resursları, həm də investisiya risklərinin azaldılması üçün mexanizmlər təqdim edir".
N.Munbayev vurğulayıb ki, qlobal investisiya fondları və enerji şirkətlərinin göstərdiyi maraq "yaşıl" elektrik enerjisinin yaradılan enerji dəhlizləri vasitəsilə Avropa istiqamətində uzunmüddətli ixrac perspektivləri ilə bağlıdır.
O, həmçinin qeyd edib ki, Azərbaycanın BOEM sektoruna investisiyalar proqnozlaşdırıla bilən gəlirliliyə malik uzunmüddətli yatırımlardır. "Bərpa olunan enerji layihələri bir qayda olaraq elektrik enerjisinin uzunmüddətli alqı-satqı müqavilələrinə əsaslanır ki, bu da 15-20 il müddətində sabit pul axınını təmin edir", - N.Munbayev bildirib.
Onun sözlərinə görə, Azərbaycan üçün BOEM-in inkişafı təkcə iqtisadiyyatın şaxələndirilməsi deyil, həm də enerji təhlükəsizliyinin gücləndirilməsi, texnoloji transfer və ölkənin regional "yaşıl enerji" mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsi deməkdir.
Ekspertin fikrincə, Qazaxıstan Azərbaycanın başlatdığı regional BOEM layihələrinə böyük maraq göstərir: "Qazaxıstan və Azərbaycan Xəzər regionunda əsas tərəfdaşlardır. Birgə enerji və infrastruktur təşəbbüsləri Transxəzər marşrutunun inkişafını məntiqi şəkildə tamamlayır və iki ölkə arasında iqtisadi əlaqələri gücləndirir".
N.Munbayev hesab edir ki, Qazaxıstanın inkişaf institutları və enerji şirkətləri Azərbaycanda həyata keçirilən BOEM layihələrində ilk növbədə, strateji tərəfdaşlıq və təcrübə mübadiləsi çərçivəsində iştirak edə bilər.
Qeyd edək ki, daha əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, imzalanmış müqavilələr əsasında 2030-cu ilə qədər ölkədə 6 giqavat, 2032-ci ilə qədər isə 8 giqavat gücündə külək və günəş elektrik stansiyaları tikiləcək.
Bu layihələrə xarici şirkətlər və beynəlxalq maliyyə institutları tərəfindən ən azı 2,7 milyard dollar sərmayə qoyulacaq.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Ötən ilin "yaşıl enerji" gündəminə baxış - TƏHLİL
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
-
Yatmazdan əvvəl yeyilən ən zərərli qəlyanaltının adı açıqlandı
-
Sümükləri möhkəmləndirmək üçün ən faydalı səhər yeməyi açıqlandı
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib













