Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının hesabat xarakterli iclası keçirilib
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) İdarə Heyətinin 2025-ci ilin yekunlarına həsr olunmuş hesabat xarakterli iclası keçirilib.
"Report" AKAF-a istinadən xəbər verir ki, tədbirdə əvvəlcə baş katib Fərhad Əliyev maliyyə hesabatını, il ərzində həyata keçirilmiş layihələri və qazanılmış nəticələri təqdim edib.
Daha sonra iclasın gündəliyində yer alan digər məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib. Qərara əsasən, federasiyanın Hakimlər Kollegiyası yaradılıb və İlqar Tağıyev kollegiyanın sədri seçilib.
İclasda həmçinin kanoe üzrə yığma komandaya Aleksandr Jukovskinin baş məşqçi təyin edilməsi təsdiqlənib. Akademik avarçəkmə üzrə yığma komandanın baş məşqçisi Volodimir Morozovun isə növbəti Olimpiya dövrü üçün fəaliyyətini davam etdirməsi qərara alınıb.
Qeyd edək ki, iclasın yekununda federasiyaya yeni üzvlər də seçilib.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub













