Cəlilabadda məktəb direktoru piyadanı maşınla vurdu
Far.Az xəbər saytı

Cəlilabadda məktəb direktoru piyadanı maşınla vurdu


Ötən gün Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

Far.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yanvarın 13-ü saat 19:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1979-cu il təvəllüdlü şəxs (kişi) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Ona başın təpə nahiyəsinin çoxsaylı sıyrılmış yaraları, sol tərəfli boyun və sağ tərəfli çanağın küt travması diaqnozu təyin edilib.

Xəsarət alan şəxsə zəruri tibbi yardımlar göstərilib. Hazırda müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir", - məlumatda deyilir.

Avtomobillə qəza törədərək piyada Xudu Abdulla oğlu Əliyevi vuran Ziyatay Uruf oğlu Zeynalov Babaxanlı kənd orta məktəbinin direktorudur.

Oxşar xəbərlər

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Abdulla Quliyevlə vida mərasimi keçirilib
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
SOCAR-ın Bakı Ali Neft Məktəbinin nəzdində fəaliyyət göstərən Rəqəmsal Biliklər Liseyinin rəsmi açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər