Azərbaycan və İtaliya gömrük orqanları arasında Niyyət Bəyanatı imzalanıb
Far.Az xəbər saytı

Azərbaycan və İtaliya gömrük orqanları arasında Niyyət Bəyanatı imzalanıb


İtaliyanın Gömrük və İnhisarçılıq Agentliyinin Beynəlxalq Əlaqələr Ofisi və Azərbaycan Dövlət Gömrük Komitəsinin Beynəlxalq Əməkdaşlıq İdarəsi arasında Niyyət Bəyanatı imzalanıb.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu Niyyət Bəyanatına bu gün Komitədə İtaliyanın Gömrük və İnhisarçılıq Agentliyinin Beynəlxalq Əlaqələr Ofisinin rəhbəri Andrea Mazzellanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə imza atılıb.

Görüş zamanı Azərbaycan və İtaliya gömrük orqanları arasında mövcud əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda, risklərin idarə olunması, gömrük hüquqpozmalarına qarşı mübarizə, süni intellektin tətbiqi ilə həyata keçirilən gömrük prosedurları, elektron ticarət sahəsində iki ölkənin gömrük orqanlarının qarşılıqlı təcrübə mübadiləsi imkanları müzakirə edilib.

Oxşar xəbərlər

Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib
"Süni intellektin mediada tətbiqi" mövzusunda seminarlara başlanılıb
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
MEDİA "Süni intellektin mediada tətbiqi" mövzusunda seminar keçirib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər