Dünyada 2025-ci ildə elektrikli avtomobil satışları rekord həddə çatdı
Dünyada 2025-ci ildə elektrikli avtomobil satışları 20,7 milyon ədədə çataraq rekord göstərici ilə yadda qalıb. Bu barədə London mərkəzli Benchmark Mineral Intelligence şirkətinin yayımladığı hesabatda məlumat verilib.
Far.Az xəbər verir ki, məlumata görə, qlobal miqyasda elektrikli avtomobil satışları illik müqayisədə 20 faiz artıb. Ümumi satışların 12,9 milyonu Çinin payına düşüb. Ölkədə satışlar artım göstərsə də, ilin son rübündə bazarda müəyyən yavaşlama qeydə alınıb.
Hesabatda bildirilir ki, Çində daxili rəqabətin güclənməsi, aqressiv qiymət siyasəti və modellərin sayının artması satışların yüksəlməsində əsas rol oynayıb. Rəqabətin artması fonunda Çinli istehsalçılar xarici bazarlara daha çox yönəlib və bu, Avropa da daxil olmaqla bir çox regionda satışların artmasına təsir göstərib. Qeyd olunur ki, Çin markaları Avropada satılan elektrikli avtomobillərin 19 faizini təşkil edib.
Avropada elektrikli avtomobil satışları 2025-ci ildə 33 faiz artıb. Almaniya və Böyük Britaniyada satışlarda ciddi yüksəliş müşahidə olunub. ABŞ-da isə vergi güzəştlərinin ləğvi fonunda elektrikli avtomobil satışları cəmi 1 faiz artıb.
Analitiklərin fikrincə, 2025-ci ildə əldə olunan nəticələr qlobal elektrikli avtomobil bazarının çətin şərtlərə baxmayaraq dayanıqlı olduğunu göstərir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub













