"Araz-Naxçıvan"ın baş məşqçisi: "Futbolçular yorğunluq fonunda meydana çıxmışdılar"
Far.Az xəbər saytı

"Araz-Naxçıvan"ın baş məşqçisi: "Futbolçular yorğunluq fonunda meydana çıxmışdılar"


"Araz-Naxçıvan"ın futbolçuları "Qəbələ"yə uduzduqları yoxlama oyununa yorğunluq fonunda çıxıblar.

"Far.Az" xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin baş məşqçisi Andrey Demçenko klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Ukraynalı mütəxəssis bugünkü matçın daha çox məlumat xarakterli olduğunu söyləyib:

"Nəticə vacib deyildi. Son 3 gün ərzində yükləmə çox olduğuna görə futbolçular yorğunluq fonunda meydana çıxmışdılar. Uşaqların verdiyimiz tapşırıqları nə dərəcədə icra edə bildiklərinə diqqət yetirdik. Keyfiyyətə önəm verdiyimiz üçün uşaqlara da dedim ki, məğlubiyyətə gorə üzülməyin. Gələcəkdə daha yaxşı oynamaq, irəli getmək üçün edəcəklərimizi öyrənirik".

Qeyd edək ki, "Araz-Naxçıvan" Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutan görüşdə "Qəbələ"yə 0:1 hesabı ilə uduzub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib
Bakı şəhərinin sevilən Qış nağılı yenidən Fəvvarələr meydanında!
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Qurban Qurbanov və futbolçuları Yeni Robotik Reabilitasiya Mərkəzini ziyarət ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər