Alparslan Bayraktar: Azərbaycan və Türkiyə qlobal neft bazarlarına çox mühüm töhfələr verir
Far.Az xəbər saytı

Alparslan Bayraktar: Azərbaycan və Türkiyə qlobal neft bazarlarına çox mühüm töhfələr verir


Türkiyənin Enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Azərbaycanla çox uğurlu əməkdaşlıq etdiklərini bildirib.

"Far.Az"un Türkiyə bürosuna açıqlamasında nazir qeyd edib ki, bu ticarət Azərbaycanla qarşılıqlı fayda əsasında davam edir.

"Münasibətlərimiz onsuz da çox yaxşıdır, bizə xasdır. Bu, çox xüsusi bir münasibətdir. Biz "bir millət, iki dövlət" anlayışı çərçivəsində və prezidentlərimizin müəyyən etdiyi baxış uyğun olaraq çox uğurla irəliləyirik. Biz iki ölkə olaraq həm Türkiyənin, həm də Avropanın təhlükəsizliyinə, eləcə də qlobal neft bazarlarına çox mühüm töhfələr veririk".

A.Bayraktar xatırladıb ki, Azərbaycan və Türkiyə Suriyaya təbii qaz ixracında birgə əməkdaşlıq edir:

"Biz dünyaya enerjini sülh və bərabər şəraitində paylanmasının tərəfdarıyıq".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər