"Baku City Karting"də yeniyetmənin ölümüylə nəticələnən hadisə ilə bağlı cinayət işi başlanılıb
Far.Az xəbər saytı

"Baku City Karting"də yeniyetmənin ölümüylə nəticələnən hadisə ilə bağlı cinayət işi başlanılıb


"Baku City Karting" əyləncə mərkəzində bu il yanvarın 1-də yenitmənin ölümüylə nəticələnən hadisə ilə bağlı cinayət işi başlanılıb.

"Report" xəbər verir ki, faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib. İş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, bu il yanvarın 1-də Əhəd Yaqubov küçəsi 15-də yerləşən "Baku City Karting" əyləncə mərkəzində paytaxt sakinləri - 2008-ci il təvəllüdlü Kamal Anar oğlu Səfərlinin və 2009-cu il təvəllüdlü Fatimə Bəhlulzadənin idarə etdiyi kartinq maşınları toqquşub.

K.Səfərli aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Oxşar xəbərlər

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Porsche Azərbaycandan uşaqlarla unudulmaz kartinq günü
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakının mərkəzində əyləncə məkanının fəaliyyəti dayandırıldı
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər