ABŞ və İran arasında müharibə ola bilər?
Politoloq, ABŞ üzrə ekspert Malek Dudakov ABŞ və İran arasında hərbi qarşıdurma ehtimalının istisna olunmadığını, lakin hazırkı mərhələdə eskalasiyanı məhdudlaşdıran bir sıra amillərin mövcud olduğunu bildirib.
BAKU.WS xəbər verir ki, o, bu barədə fikirlərini "Lenta.ru"ya bölüşüb.
Dudakovun sözlərinə görə, ABŞ administrasiyası tərəfindən İrana qarşı hərbi eskalasiya ssenarisini tamamilə kənara qoymaq olmaz, lakin hazırda bu istiqamətdə addımlar atılmasına mane olan çoxsaylı faktorlar var.
"ABŞ daxilində "şahinlər" adlandırılan və İrana qarşı "kiçik və qalibiyyətli müharibə" istəyən qüvvələr mövcuddur. Amma bu qrupların təzyiqini hələlik saxlayan amillər az deyil", - deyə politoloq qeyd edib.
O vurğulayıb ki, ABŞ ictimai rəyi İranla müharibənin tərəfdarı deyil. Bundan başqa, son dövrlərdə Amerikanın Yaxın Şərqdən xeyli hərbi resurs çıxarması da mühüm rol oynayır.
"Əgər ABŞ ciddi eskalasiyaya getsə, İranın yenidən Amerika hərbi bazalarına zərbələr endirəcəyi aydındır. Bu bazaların müdafiəsi isə çətin olacaq. Təcili şəkildə hava hücumundan müdafiə sistemlərini köçürmək, çatışmayan raketləri tapıb yenidən bölgəyə göndərmək lazım gələcək. Bu isə Ukrayna istiqamətinin, Asiyanın və digər regionların zəiflədilməsi bahasına başa gələ bilər", – deyə Dudakov əlavə edib.
Politoloqun fikrincə, bu ssenari ABŞ-nin ötən payızda təsdiqlənmiş milli təhlükəsizlik strategiyasına uyğun deyil. Həmin strategiyada Yaxın Şərq Asiya və Latın Amerikası ilə müqayisədə prioritet olmayan region kimi göstərilir. Bununla belə, Dudakov hesab edir ki, İranda etirazlar davam edərsə, hərbi qarşıdurma ehtimalı arta bilər. Lakin belə bir münaqişənin nəticələri həm ABŞ, həm də bütün Yaxın Şərq üçün proqnozlaşdırılmaz olacaq.
Qeyd edək ki, daha əvvəl "NewsNation" telekanalının jurnalisti Kelli Mayer mənbələrinə istinadən ABŞ Hərbi Dəniz Qüvvələrinin aviadaşıyıcı zərbə qrupunun Cənubi Çin dənizindən Yaxın Şərqə köçürüldüyünü bildirmişdi. Onun sözlərinə görə, bu proses İranla münasibətlərdə artan gərginlik fonunda baş verir və ABŞ hərbçilərinə bunun üçün təxminən bir həftə vaxt lazım olacaq.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub













