İranda etirazlar zamanı ölənlərin sayı 2 677-yə çatdı
Far.Az xəbər saytı

İranda etirazlar zamanı ölənlərin sayı 2 677-yə çatdı


ABŞ mərkəzli İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) İranda iqtisadi problemlər fonunda başlayan etiraz aksiyaları zamanı ölənlərin sayının 2 677-yə yüksəldiyini açıqlayıb.

Far.Az xəbər verir ki, HRANA-nın məlumatına görə, ölkənin müxtəlif bölgələrində baş verən hadisələr zamanı 2 600-dən çox şəxs xəsarət alıb, 19 097 nəfər isə saxlanılıb. Etirazlar zamanı baş verən qarşıdurmalarda ümumilikdə 2 677 nəfər həyatını itirib.

İran rəsmiləri indiyədək aksiyalar zamanı ölən və yaralananların ümumi sayı ilə bağlı rəsmi açıqlama verməyiblər. Qeyd edək ki, HRANA bir gün əvvəl yaydığı məlumatda ölənlərin sayının 2 615 nəfər olduğunu bildirmişdi.

Xatırladaq ki, İranda 28 dekabr 2025-ci ildə yerli valyutanın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi və dərinləşən iqtisadi problemlər səbəbilə Tehranın Böyük Bazarında bazarda işləyənlərin başlatdığı etirazlar qısa müddətdə ölkənin bir çox şəhərinə yayılıb. Yanvarın 8-də paytaxt Tehranda etirazların şiddətlənməsindən sonra ölkə rəhbərliyi internetə çıxışı məhdudlaşdırıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Dövlət rəsmiləri Hərbi Memorial Məzarlığı ziyarət ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər