ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
"Əşrəfi-Dan Ulduzu-Aypara" (ADUA) müqavilə sahəsində 2D yüksək dəqiqlikli (HR) seysmik tədqiqatın aparılması planlaşdırılır.
"Far.Az" xəbər verir ki, bunu BP şirkətinin seysmik tədqiqat qrupunun nümayəndəsi Pərviz Əlizadə "Əşrəfi-Dan Ulduzu-Aypara" layihəsi üzrə seysmik tədqiqat proqramına aid ictimaiyyət üçün onlayn görüşdə bildirib.
Onun sözlərinə görə, ADUA müqavilə sahəsində 2D yüksək dəqiqlikli (HR) seysmik tədqiqatın aparılması planlaşdırılır: "Tədqiqat qısamüddətli olacaq (20 günədək davam edəcəyi gözlənilir) və ADUA müqavilə sahəsinin şimal-qərb hissəsində yerləşən kiçik bir tədqiqat ərazisini əhatə edəcək. Tədqiqatın 2026-cı ilin mart-aprel ayları arasında aparılması planlaşdırılır. Tədqiqatın məqsədi, gələcək kəşfiyyat quyularının planlaşdırılmasına dəstək məqsədilə təxminən 1500 metr dərinliyədək yeraltı qatlar haqqında ətraflı məlumatın əldə edilməsi, o cümlədən yeraltı qırılmalar, dayaz qatlara yığılmış qazlar və və digər geoloji xüsusiyyətlər də daxil olmaqla, qazma əməliyyatları və quyu bütövlüyünə təsir göstərə biləcək yeraltı geoloji risklərin müəyyənləşdirilməsi nəzərdə tutulur".
P. Əlizadə əlavə edib ki, tədqiqat sahəsində suyun dərinliyi təqribən 20-40 metr arasındadır: "Enerji mənbəyi kimi vahid 4 x 40 kub düymlük pnevmotoplar qrupundan istifadə olunacaq (247 dB re 1µPa @ 1m). Sərt hidrofon komponentli strimer - 600 metr uzunluğunda olacaq. Tədqiqat zamanı həmçinin SSS, MBES, maqnitometr və SBP avadanlıqlarından istifadə ediləcək. Yalnız bir gəmidən istifadə olunacaq -Caspian Provider. Tədqiqat gəmisi mövcud yerli dəniz bazasından mobilizasiya ediləcək".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
BP "Şahdəniz" yatağında seysmik kəşfiyyatın başlama tarixini açıqlayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













