Ramzan Kadırovun qəzaya düşən oğlu təyyarə ilə Moskvaya aparıldı
Far.Az xəbər saytı

Ramzan Kadırovun qəzaya düşən oğlu təyyarə ilə Moskvaya aparıldı


Çeçenistan rəhbəri Ramzan Kadırovun yol qəzasında yaralanan oğlu Adam Kadırov xüsusi tibbi təyyarə ilə Moskvaya aparılıb.

Far.Az xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları xəbər yayıb. Bildirilir ki, tibbi reys gecə saatlarında Moskvanın "Vnukovo" hava limanına eniş edib.

Məlumatda həmçinin qeyd olunur ki, həmin təyyarədən qısa müddət sonra Ramzan Kadırovun da olduğu başqa bir hava gəmisi aeroportda yerə enib.

Xatırladaq ki, 18 yaşlı Adam Kadırovun korteji Qroznıda qəzaya düşüb. Hadisə nəticəsində o, ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hazırda müalicəsi Moskvada davam etdirilir.

Oxşar xəbərlər

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər