Tovuzda da 4 nəfər zəhərləndi - Son durum
Tovuz rayonunda dəm qazından zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasından (RMX) məlumat verilib.
Qeyd olunub ki, bu gün saat 00:50-də dəm qazı zəhərlənməsi şübhəsi ilə dörd nəfər RMX-yə hospitalizasiya edilib:
"Həmin şəxslərə dəm qazı zəhərlənməsi diaqnozu qoyulub. Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və onlar ambulator müalicə üçün evə buraxılıblar".
Xatırladaq ki, 1955-ci il təvəllüdlü S.Həsənov, 1989-cu il təvəllüdlü E.Həsənov, 1960-cı il təvəllüdlü G.İbrahimova və A.Həsənova zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilmişdilər.
***09:47
Tovuz rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib.
Belə ki, 1955-ci il təvəllüdlü S.Həsənov, 1989-cu il təvəllüdlü E.Həsənov, 1960-cı il təvəllüdlü G.İbrahimova və A.Həsənova zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdiriliblər. Zərərçəkənlərə dərhal tibbi yardım göstərilib, onların vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, zəhərlənən şəxslərdən S.Həsənov və A.Həsənova Bakı şəhərindən Tovuza qonaq gediblərmiş.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
BDU-da şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Tovuzda da 4 nəfər zəhərləndi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb













