ASA: "Beynəlxalq Sığorta Konqresi və Sərgisi”ndə ilk dəfə Azərbaycanın stendi olacaq
Azərbaycanın peşəkar sığorta bazarı iştirakçıları gələn ay Türkiyədə keçiriləcək sığorta həftəsi tədbirlərində iştirak edəcəklər.
Bunu “Report”a açıqlamasında "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin İcraçı direktoru Elmar Mirsalayev bildirib.
“ASA ilə Türkiyə Sığorta Birliyi arasında olan əməkdaşlıq çərçivəsində ölkəmizin peşəkar sığorta bazarı iştişakçılarından ibarət heyət oktyabr ayının ilk həftəsində Türkiyədə sığorta həftəsi çərçivəsində təşkil olunacaq tədbirlərdə iştirak edəcəklər. 1-2 oktyabrda İstanbul şəhərində “Beynəlxalq Sığorta Zirvəsi”, 3-5 oktyabrda isə Antalya şəhərində “Beynəlxalq Sığorta Konqresi və Sərgisi” təşkil olunacaq”. Bu, iki qardaş ölkə arasında sığorta sahəsində əlaqələrin daha da möhkəmlənməsinə təkan verəcək" - deyə o qeyd edib.
“ASA olaraq artıq 4 ildir ki, qardaş ölkə Türkiyənin sığorta sektoru ilə, bilavasitə Türkiyə Sığorta Birliyi ilə sıx əməkdaşlıq edirik. Bu əməkdaşlıq Türkiyənin sığorta təcrübəsinin yaxından öyrənilməsinə, habelə geniş spektrli beynəlxalq əlaqələrin formalaşdırılmasına təkan verir. Antalyada təşkil olunacaq sayca 3-cü “Beynəlxalq Sığorta Konqresi və Sərgisi”ndə ilk dəfə olaraq Azərbaycanın stendi yer alacaq. Bu stend ölkəmizin sığorta sahəsində qazandığı nailiyyətlərin tanıdılmasında bir pəncərə rolunu oynayacaq”, - deyə E.Mirsalayev əlavə edib.
Azərbaycan ilə Türkiyənin sığorta bazarları arasında sistemli əlaqələr 7 dekabr 2020-ci ildə ASA ilə Türkiyə Sığorta Birliyi arasında imzalanmış Memorandumla yaradılıb.
Oxşar xəbərlər
Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar
Azərbaycanda ikinci Sığorta Festivalının bağlanış mərasimi keçirilir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Rusiya nümayəndə heyəti ilə görüş olub
Ermənistanda İT və ixrac sektorunun tənəzzülü - sabiq nazir hökuməti günahlandırır - ŞƏRH
Rektor: Türkiyə-Azərbaycan Universitetindəki yeni nəsil təhsil sistemi interaktiv və ağıllı modeldir - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub













