Serbiya Azərbaycan neftinin alışını davam etdirəcək - EKSKLÜZİV
Far.Az xəbər saytı

Serbiya Azərbaycan neftinin alışını davam etdirəcək - EKSKLÜZİV


Serbiya azad bazarda Azərbaycan neftini almağa davam etməyi planlaşdırır.

Bu barədə "Far.Az"a Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladisavleviç bildirib.

Onun sözlərinə görə, əvvəllər Serbiya ildə təxminən 520 milyon avro dəyərində Azərbaycan nefti alırdı və bu il Belqrad neft alışını eyni səviyyədə saxlamağı planlaşdırır.

"Biz əvvəllər olduğu kimi, azad bazarda Azərbaycan neftini almağa davam etmək niyyətindəyik", - səfir deyib.

Diplomat "NIS" şirkəti ilə bağlı bildirib ki, mülkiyyət strukturundakı Rusiya payı Macarıstan və digər tərəfdaşlara satılacaq.

Oxşar xəbərlər

Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Mazda və Mitsubishi brendləri artıq rəsmi olaraq Babəkdə də satılacaq
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər