SOCAR "Boston Consulting Group" ilə yeni enerji trendlərini müzakirə edib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Boston Consulting Group" (BCG) yeni enerji trendlərini müzakirə ediblər.
"Far.Az"un məlumatına görə, danışıqlar SOCAR-ın prezidenti Rövşən Nəcəf və BCG-nin Avropa, Yaxın Şərq, Cənubi Amerika və Afrika üzrə bölmələrinin regional sədri, idarəedici direktor və baş tərəfdaşı Matius Tauber arasında 2026-cı il Dünya İqtisadi Forumu (WEF 2026) çərçivəsində baş tutub.
"Biz tərəfdaşlığımız çərçivəsində həyata keçirilən "Climate and Sustainability Lighthouse" proqramının əhəmiyyətini müzakirə etdik. Bu layihə kəşfiyyat, hasilat (upstream), emal və satış (downstream) seqmentləri üçün genişmiqyaslı "yol xəritələri" hazırlanmasına imkan verib, həmçinin bərpa olunan enerji mənbələrinə investisiyaların artmasına töhfə olub", – SOCAR prezidentinin "X"dəki paylaşımında qeyd olunub.
Görüş zamanı həmçinin sürətlə dəyişən iqtisadi və enerji mühitində rəqəmsal transformasiya və strateji innovasiyaların rolu barədə fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Rövşən Nəcəf bir sıra xarici şirkətlə əməkdaşlıq imkanlarını müzakirə edib
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













