Estetik cərrah və anestezioloqun məhkəməsi başlayıb
Far.Az xəbər saytı

Estetik cərrah və anestezioloqun məhkəməsi başlayıb


Əməliyyat zamanı xəstənin sağlamlığının itirilməsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilən Lor, estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevanın məhkəməsi başlayıb.

"Report"un məlumatına görə, Nəsimi Rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən Cəmilə Əliyevanın vəkili vəsatət verib.

O, iş materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Məhkəmə vəsatəti təmin edib.

Növbəti məhkəmə prosesi yanvarın 28-də keçiriləcək.

Qeyd edək ki, ötən ilin aprel ayında Bakıda yerləşən "MedAura" Klinikasında rinoplastika əməliyyatı etdirən 34 yaşlı Nigar Budaqlı komaya düşüb.

Əməliyyatdan sonra xəstənin sağlamlığını itirdiyi və yataq xəstəsi olduğu bildirilir. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Cinayət işi üzrə məsuliyyətə cəlb edilən lor, estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Onlar Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə ittiham olunurlar.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Bakıda gənc qız burun əməliyyatı zamanı kliniki ölüm keçirib - Altı aydır yataq xəstəsidir
Pasiyenti komaya salan estetik cərrah və anestezioloqun istintaqı yekunlaşıb: Məhkəmə başlayır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər