ANAMA Xankəndinə köçən sakinlərə maarifləndirmə tədbiri keçib
Far.Az xəbər saytı

ANAMA Xankəndinə köçən sakinlərə maarifləndirmə tədbiri keçib


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Xankəndi şəhərinə qayıdan sakinlər üçün partlayıcı sursat riskləri ilə bağlı maarifləndirmə tədbiri keçirib.

"Far.Az" xəbər verir ki, bu barədə agentliyin "X" sosial media hesabında məlumat paylaşılıb.

Bildirilib ki, tədbir zamanı sakinlərə əsas təhlükəsizlik qaydaları, şübhəli ərazilərin əlamətləri və xəbərdarlıq nişanları barədə məlumat verilib, həmçinin təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamaq və şübhəli əşyalara toxunmamaq çağırışı edilib. Həmçinin sakinlərə müxtəlif növ maarifləndirici və qabaqlayıcı çap materialları paylanıb.

Oxşar xəbərlər

Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
FHN silsilə maarifləndirmə tədbirləri keçirib
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər