Azərbaycan Ukraynaya karbamid satışından qazancını kəskin artırıb
Ötən ilin ilk 11 ayında Azərbaycan 163,4 milyon ABŞ dolları dəyərində 520 min 989 ton karbamid ixrac edib.
"Far.Az"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 45 %, kəmiyyət olaraq – 1,8 % çoxdur.
Hesabat dövründə Azərbaycan Ukraynaya 123,7 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 2,2 dəfə çox) 388 min 299 ton (+51 %), Kanadaya 20,5 milyon ABŞ dolları dəyərində 70 min 242 ton (1 il əvvəl tədarük olmayıb), Argentinaya 6,1 milyon ABŞ dolları dəyərində (+8,9 dəfə) 22 min 408 ton (+7,6 dəfə), Hindistana 4,7 milyon ABŞ dolları dəyərində 13 min ton (1 il əvvəl tədarük olmayıb), Türkiyəyə 3,7 milyon ABŞ dolları dəyərində (-78 %) 10 min 900 ton (-87 %) məhsul satıb.
2024-cü ildə Azərbaycandan ixrac edilmiş 564 922 ton karbamidin 50 %-i Ukraynanın payına düşüb.
Oxşar xəbərlər
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (23.12.2025)
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (24.12.2025)
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (02.01.2026)
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (06.01.2026)
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (14.01.2026)
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi – ƏTRAFLI
-
Laçın və Zəngilanda "Səyyar Gənclər Xidməti" fəaliyyət göstərəcək
-
Bakıda və Abşeron yarımadasında tozlu hava hökm sürür
-
Aqşin Ağkəmərli 66 yaşında vəfat etdi
-
UFC-də qalmaqal böyüyür - Aleks Pereyraya sərt cavab verildi
-
İsrail aviasiyası Livanın cənubunda "Hizbullah"ın mövqelərinə zərbələr endirib













