Azərbaycanın bank sektorunun kapital mövqeyi ilə bağlı vəziyyət açıqlanıb
Far.Az xəbər saytı

Azərbaycanın bank sektorunun kapital mövqeyi ilə bağlı vəziyyət açıqlanıb


Bu ilin I yarısında Azərbaycanın bank sektorunun kapital mövqeyində ikitərəfli tendensiya müşahidə olunub.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sabitliyi departamentinin direktoru Ataxan Həsənov qurumun yarım illik "Maliyyə Sabitliyi Hesabatı" ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

"Kapital həm potensial itkiləri qarşılamaq imkanını artırıb, həm də bazarın genişlənməsini dəstəkləyib. Sektorun məcmu kapitalı 7 milyard manata çatıb ki, bu da ötən il iyulun 1-i ilə müqayisədə 0,6 milyard manat çoxdur. Kapital adekvatlığı 17,7 % təşkil edib. Mövcud kapital mövqeyi sektorun risk ölçülmüş aktivlərinin əlavə olaraq 20,1 milyard manat artımını dəstəkləmək imkanı yaradıb. Gələn il yanvarın 1-dən kapital tələblərinin Basel III standartlarına uyğunlaşdırılması nəzərdə tutulur. Yenilənmiş kapital tələbləri çərçivəsi bank sektorunun maliyyə dayanıqlığını daha da gücləndirəcək", - deyə o qeyd edib.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6
Ermənilərin Ayqut adlandırdığı Gölkənd haqqında mühüm faktlar açıqlanıb - "Qərbi Azərbaycanın yaddaş yerləri"
Zakir Həsənov Əlahiddə Ümumqoşun Ordunun döyüş hazırlığını yoxlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər