Şəhidin qardaşı: Başda Prezidentimiz olmaqla şəhidlərimizin və qazilərimizin sayəsində qardaşımın nəşi tapılıb
Far.Az xəbər saytı

Şəhidin qardaşı: Başda Prezidentimiz olmaqla şəhidlərimizin və qazilərimizin sayəsində qardaşımın nəşi tapılıb


Başda Prezident İlham Əliyev olmaqla şəhidlərin, qazilərin sayəsində qardaşımın nəşi tapılıb.

Bu sözləri "Report"a açıqlamasında Birinci Qarabağ müharibəsində itkin düşən və 32 il sonra nəşinin qalıqları tapılan Tərlan Rüstəmovun dəfn mərasimində qardaşı Rasif Rüstəmov deyib.

O, Prezident İlham Əliyevə, şəhidlərə və qazilərə təşəkkür edib: "Onların sayəsində torpaqlarımız işğaldan azad olundu və qardaşımızın nəşi tapıldı. Tərlan 1992-ci ildə Ağdərə rayonun Sırxavənd kəndində döyüşüb. O, 1992-ci ilin sentyabrın 18-də evə məktub yazmışdı. İki gün sonra xəbər gəldi ki, qardaşım itkin düşüb. O vaxtdan indiyə kimi gözümüz yolda qalmışdı. Başda Prezidentimiz olmaqla şəhidlərimizin, qazilərimizin sayəsində qardaşım tapıldı."

R.Rüstəmovun sözlərinə görə, qardaşı döyüşlərə yollananda altı yaşı olub və onun yalnız məzuniyyətə gəldiyi vaxt yaddaşında həkk olunub.

Oxşar xəbərlər

Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
Azərbaycanlı itkin ailələri bəyanat yayaraq beynəlxalq təşkilatlara çağırış edib - FOTO
Dövlət Komissiyası: Bu günədək 613 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb
Qərbi Azərbaycan Xronikası: "5 600 il əvvəl mövcud olmuş dəfn adətləri Gəncədə icra olunur" - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər