Sumqayıtda dəm qazından zəhərlənən bir ailənin dörd üzvü müalicədən sonra evə buraxılıblar - YENİLƏNİB
Sumqayıtda dəm qazından zəhərlənənlərin vəziyyətləri açıqlanıb.
Sumqayıt Tibb Mərkəzindən "Far.Az"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 02:40 radələrində dəm qazından zəhərlənmə şübhəsilə 2-si yeniyetmə olmaqla 4 nəfər (2 kişi, 2 qadın) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım və Uşaq Xəstəxanasına hospitalizasiya olunub.
Qeyd olunub ki, onlara dəm qazının toksiki təsiri diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb.
Sumqayıt şəhərində bir ailənin dörd üzvü dəm qazından zəhərlənib.
"Far.Az"un yerli bürosunun məlumatına görə, dəm qazından zəhərlənmə hadisəsi Sumqayıtın Xəzər bağları ərazisində yerləşən fərdi yaşayış evində baş verib.
Belə ki, 1979-cu il təvəllüdlü Əliyev Emin Məhəmməd oğlu, Əliyeva Günel Səməndər qızı (1990), Əliyev Məhəmməd Emin oğlu (2009) və Əliyeva Mədinə Emin qızı (2012) zəhərlənmə diaqnozu ilə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Hazırda onların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər













