"Trendyol" və "PAŞA Holdinq"in təşəbbüsü ilə 12 mindən çox ağac əkilib
Far.Az xəbər saytı

"Trendyol" və "PAŞA Holdinq"in təşəbbüsü ilə 12 mindən çox ağac əkilib


Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük e-ticarət platformalarından biri "Trendyol" "PAŞA Holdinq" MMC ilə birlikdə ölkə ərazisində həyata keçirdiyi genişmiqyaslı ağacəkmə kampaniyasının ikinci mərhələsini uğurla yekunlaşdırıb.

Bu təşəbbüs hər iki şirkətin iqlim dəyişikliyinin təsirlərinin azaldılması və ətraf mühitin qorunması istiqamətində davamlı fəaliyyətinin bir hissəsidir. Layihə çərçivəsində ötən il ərzində respublikanın bir sıra bölgələrində ardıcıl şəkildə yaşıllaşdırma işləri aparılıb. Kampaniyanın ilk mərhələsində Göygöl rayonunda və Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 5 500 ədəd Eldar şamı və zeytun ağacı əkilib.

Növbəti mərhələdə isə, Bərdə, Ağcabədi, Zaqatala, Zərdab və Ağdaş rayonlarında aparılan meşəbərpa işləri çərçivəsində 3 hektardan böyük ərazidə, Lerik rayonunda 1.2 hektar, Qax və Quba rayonlarında ümumilikdə 2 hektar sahədə yaşıllaşdırma işləri davam etdirilib.

Sonrakı mərhələdə Şəmkir, Xaçmaz, Sabirabad, Şabran, Lerik, Masallı, Qax, Tovuz, Yevlax, Şirvan, Şabran, Xaçmaz, İsmayıllı, Zaqatala, Ağcabədi, Goranboy, Masallı, Qubadlı, Daşkəsən və Qəbələ rayonlarında aparılan meşəbərpa tədbirləri nəticəsində 8 hektar ərazidə 3 000-ə yaxın ağac əkilib.

Sabirabad, Ağcabədi, Daşkəsən, Qobustan, Lerik, Astara, Zaqatala, Şəki, Şəmkir, Tovuz Oğuz, Quba, Gədəbəy, Lənkəran, Şəmkir, Göygöl, Ağcabədi rayonlarında aparılan yaşıllaşdırma tədbirləri isə 5 hektardan çox ərazini əhatə edib.

Beləliklə, "Trendyol" və "PAŞA Holdinq"in təşəbbüsü və "EcoHub" - Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin icraçı tərəfdaşlığı ilə, kampaniya çərçivəsində ümumilikdə, 20 hektara yaxın ərazidə 12 500 ağac əkilib.

Ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə "Trendyol" və "PAŞA Holdinq"in korporativ sosial məsuliyyət strategiyasının bir hissəsini təşkil edir.

"Trendyol" fəaliyyət göstərdiyi ölkələrdə "Birlikdə Transformasiya" şüarı altında sosial və ekoloji təsiri artıran təşəbbüsləri dəstəkləyir, daha yaşıl, ədalətli və rəqəmsal gələcək qurmaq üçün fəaliyyətini davam etdirir.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Baku Steel Company ətraf mühitin mühafizəsinə töhfəsini gücləndirir: təxminən 3000 ağac əkilib
IDEA Bərdə və Beyləqanda kütləvi ağacəkmə aksiyaları təşkil edib
İDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər