ADY-nin nümayəndə heyəti Çindən Avropaya blok qatarın yola salınması mərasimində iştirak edib
Çin-Avropa marşrutu üzrə blok qatarın yola düşməsi Azərbaycan və Çin arasında qarşılıqlı əlaqələrdə insanları və iqtisadiyyatları birləşdirən addımdır.
“Far.Az” "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir ki, bunu Çində səfərdə olan ADY-nin sədr müavini Vüsal Aslanov Sian quru limanı və Qazaxıstan-Çin birgə terminalına baxış keçirərkən Avropaya konteyner blok qatarının yola salınması mərasimində bildirib.
V. Aslanov Çinin "Bir Kəmər, Bir Yol” təşəbbüsünün Azərbaycan tərəfindən dəstəkləndiyini, ölkənin tranzit potensialının gücləndirilməsi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən infrastruktur layihələrinə investisiya yatırılmasının davam etdirildiyini və atılan addımların Çin-Avropa-Çin marşrutu üzrə tranzit yük həcminin artmasına daha böyük töhfə verəcəyini bildirib.
Tədbir çərçivəsində Çin, Qazaxıstan və Gürcüstandan olan həmkarları ilə görüşən ADY rəsmisi artan yük həcminə uyğun infratruktur işlərinin icrası, qatarların qrafik üzrə hərəkətinin təmin edilməsi və s. məsələləri müzakirə edib.
Siandan Orta Dəhlizlə yola salınan blok qatarın multimodal marşrutu dəmir yolu şəbəkələri ilə yanaşı, Qazaxıstanın Altınkol və Aktau, Azərbaycanın Ələt, Gürcüstanın Poti, Bolqarıstanın Burqas, Serbiyanın Belqrad, Macarıstanın Budapeşt və Almaniyanın Duysburq və Hamburq limanlarını əhatə edir.
Yeni marşrutun əhəmiyyəti bundan əvvəl Hamburq istiqamətinə alternativ nəqliyyat dəhlizləri ilə göndərilən konteyner yüklərinin Orta Dəhlizə cəlb edilməsi ilə yük həcminin artırılmasından ibarətdir.
Qeyd edək ki, blok qatarın 20-25 gün ərzində təyinat məntəqəsinə çatması gözlənilir. Ümumilikdə Orta Dəhliz vasitəsilə 2024-cü ilin yanvar ayından başlayaraq Sian-Avropa istiqamətində mütəmadi olaraq gündəlik 1-2 qatar tərtib edilərək yola salınır.
Qeyd edək ki, Çində səfərdə olan ADY-nin sədr müavini Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti 8-ci Beynəlxalq İpək Yolu Sərgisi və Şərqi və Qərbi Çin arasında İnvestisiya və Ticarət Forumunda iştirak edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Avstriya Federal Dəmir Yolları "Bakı–Tbilisi–Qars"la yüklərin daşınmasında maraqlıdır
“Ulyanovsk – Bakı - Astara” birbaşa yük blok qatarının marşrutu təsdiqlənib
Astara-Bakı-Həştərxan konteyner qatarı işə salına bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













