Premyer Liqa: Lider "Sabah" qalib gəlməklə "Qarabağ"la xal fərqini artırıb
Far.Az xəbər saytı

Premyer Liqa: Lider "Sabah" qalib gəlməklə "Qarabağ"la xal fərqini artırıb


Misli Premyer Liqasının XVII turunda lider "Sabah" autsayder "Karvan-Yevlax"la üz-üzə gəlib.

"Far.Az" xəbər verir ki, "Bank Respublika Arena"da baş tutan matçda 3:1 hesablı qələbə qazanan "bayquşlar", ötən gün məğlub olan ən yaxın izləyicisi "Qarabağ"la xal fərqini 4-ə yüksəldib.

Bakı klubunun qollarını Aron Maluda (9, 22), Umarali Raxmonaliyev (32) və Velko Simiç (84) vurublar. Qonaqların heyətində isə Olavale Doyeni (83) fərqlənib.

40 xalı olan "Sabah" turnir cədvəlində vahid liderdir. "Karvan-Yevlax" isə 6 xalla sonuncu - on ikincidir.

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "İmişli" "Araz-Naxçıvan"la (2:2), "Neftçi" isə "Zirə" (0:0) ilə heç-heçə edib. "Qəbələ" "Şamaxı"nı (4:0), "Kəpəz" "Qarabağ"ı (2:0), "Turan Tovuz" isə "Sumqayıt"ı (2:1) məğlub edib.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Premyer Liqa: Lider "Sabah" bu gün qalib gəlməklə "Qarabağ"la xal fərqini artıra bilər
Azərbaycan Premyer Liqasında güc bölgüsü: "Qarabağ" evdə, "Sabah" səfərdə liderdir - ARAŞDIRMA
Azərbaycan klubları yoxlama matçlarında: Üçündən maksimum nəticə, ikisi bütün oyunları uduzub – ARAŞDIRMA
"Qarabağ" "Neftçi"ni üç cavabsız qolla məğlub edib - YENİLƏNİB - 6

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər