Ukrayna Fransanın "Rodeur" zərbə dronlarını alıb
Far.Az xəbər saytı

Ukrayna Fransanın "Rodeur" zərbə dronlarını alıb


Ukraynanın silah arsenalı Fransada istehsal olunan yeni zərbə dronları ilə genişlənib.

Far.Az xəbər verir ki, Fransanın "EOS Technologie" şirkəti Ukraynaya "Rodeur 330" tipli bir neçə pilotsuz uçuş aparatı təhvil verib.

Şirkətin rəhbəri Jan-Mark Zuliani bu addımın Qərb istehsalçıları üçün dronların real döyüş şəraitində sınaqdan keçirilməsi baxımından mühüm imkan yaratdığını bildirib. Onun sözlərinə görə, Avropada əsasən müdafiə xarakterli istifadə edilən bu dronlar Ukraynada daha çox hücum məqsədli tətbiq olunur.

"Rodeur 330" həm kəşfiyyat tapşırıqlarını yerinə yetirmək, həm də kamikadze hücumlarında istifadə olunmaq üçün nəzərdə tutulub. Texniki göstəricilərə görə, dron 5 saata qədər havada qala, 4 kiloqram faydalı yük daşıya və 500 kilometrə qədər məsafədə fəaliyyət göstərə bilir. Aparatın qanad açıqlığı 3,3 metr, maksimal sürəti isə 120 km/saat, uçuş hündürlüyü isə 5 min metr təşkil edir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
KİV: Ukrayna Fransanın "Rodeur" zərbə dronlarını alıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər