Qəzaların sayını azaltmaq üçün bunları etmək lazımdır - VACİB AÇIQLAMA
Son illərdə nəqliyyat hadisələrinin artmasında təkcə texniki və yol şəraiti deyil, insan faktoru, psixoloji səbəblər də mühüm rol oynayır.
Bu barədə psixoloq Əbdül Səlimli BAKU.WS-ə açıqlamasında bildirib. Mütəxəssisin fikrincə, müasir həyat tərzi insanları daimi tələskənlik, maddi qayğılar və zaman çatışmazlığı ilə üz-üzə qoyur.
"Bu stress sükan arxasında diqqətin dağılmasına, səbirsizliyə və riskli qərarların artmasına səbəb olur. Bir çox sürücü gündəlik həyatda ifadə edə bilmədiyi aqressiyanı sükan arxasında "çıxarır". Bu isə sürət həddinin aşılması, təhlükəli ötmələr və digər sürücülərə qarşı aqressiv davranışlarla nəticələnir", - deyə ekspert bildirib.
Əbdül Səlimli deyir ki, xüsusilə uzun müddət qəzasız sürən şəxslərdə "mənə heç nə olmaz" düşüncəsi formalaşır:
"Bu halda sürücü qaydalara laqeyd yanaşmağa başlayır, riskli manevrlər onun gözündə sadələşir. Telefon istifadəsi, sosial şəbəkələrə baxmaq, mesaj yazmaq artıq psixoloji asılılıq halını alıb. Beyin eyni anda iki işi effektiv görə bilmədiyi üçün reaksiya vaxtı uzanır və təhlükə gec dərk olunur. Bu hallar isə qəzaların artması ilə nəticələnir".
Təəsüf ki artan ehtiyaclar sürücüləri daha ağır və uzun iş rejminə məcbur edir. Əbdül Səlimli deyir ki, yuxusuz və psixoloji olaraq yorğun insanın isə diqqəti azalır, riskləri qiymətləndirmə qabiliyyəti zəifləyir.
"Bu vəziyyət spirtli içkinin təsiri ilə sürməyə yaxın təhlükə yaradır. Əsasən də gənc sürücülər törətdikləri risqli manevrları tez tez dilə gətirir və bununla fəxr edir. Bu isə digər sürücülərdə ətrafda qaydaları pozan sürücülərin cəzasız qalması "hamı belə edir" düşüncəsini yaradır. Bu da təhlükəli davranışların olaraq normallaşmasına səbəb olur".
Bəs yol qəzalarının azalması üçün nə etmək lazımdır?
Əbdül Səlimli deyir ki, nəqliyyat hadisələrinin azalması üçün ilk növbədə sürücülərin emosional vəziyyətinə diqqət yetirilməli, stress idarəetməsi bacarıqları artırılmalı, psixoloji maarifləndirmə və davranış dəyişikliyi proqramları tətbiq olunmalıdır:
"Çünki yol qəzalarının böyük hissəsi sükan arxasındakı psixoloji vəziyyətin nəticəsidir".
Ziya SƏCCAD
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb













