Hindistan və Aİ azad ticarət sazişini tam razılaşdırıb
Far.Az xəbər saytı

Hindistan və Aİ azad ticarət sazişini tam razılaşdırıb


Hindistan və Avropa İttifaqı (Aİ) azad ticarət haqqında sazişi tam şəkildə razılaşdırıb. Saziş dünya ÜDM-nin 25 faizini və qlobal ticarətin üçdə birini əhatə edir.

Far.Az xəbər verir ki, bu barədə Hindistanın Baş naziri Narendra Modi bildirib.

"Hindistan və Avropa İttifaqı dünən azad ticarət sazişini tam və yekun şəkildə razılaşdırdı", - deyə Modi "Hindustan Times" qəzetinə bildirib.

Hindistanın Baş naziri qeyd edib ki, saziş istehsal sektoru və xidmət sahəsinin inkişafına güclü təkan verəcək. O, bu sənədi "bütün razılaşmaların anası" adlandıraraq, eyni zamanda demokratiyaya və hüququn aliliyinə sadiqliyi möhkəmləndirəcəyini vurğulayıb.

Modinin sözlərinə görə, razılaşma 1,4 milyard Hindistan vətəndaşının və Avropa ölkələrində yaşayan milyonlarla insanın həyat səviyyəsinin yaxşılaşmasına töhfə verəcək.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər