Yevlaxda avtomobillə qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB
Sentyabrın 21-də saat 19 radələrində Yevlax rayonu ərazisində 1985-ci il təvəllüdlü Elvin İbrahimovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Yevlax rayon Prokurorluğundan “Report”a verilən məlumata görə, araşdırma zamanı 1981-ci il təvəllüdlü Zamin Cavadovun Yevlax şəhəri Nizami prospekti ərazisində şəxsi münasibətlər zəmnində Elvin İbrahimovu avtomobillə vurması, daha sonra həmin avtomobillə sonuncunun üzərindən keçməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Yevlax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Z.Cavadov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
Yevlax şəhər ərazisində rayon sakini 1985-ci il təvəllüdlü Elvin İbrahimovun avtomobillə qəsdən vurularaq öldürülməsi barədə polisə məlumat daxil olub.
Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü rayon sakini Zamin Cavadov saxlanılıb.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Şamaxıda kişi qətlə yetirilib, kürəkən şübhəli bilinir
Bərdədə 22 yaşlı gəncin qətli ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Yevlax sakini avtomobillə qəsdən vurularaq öldürülüb, saxlanılan var
Bakıda ərinin bıçaqladığı qadın iki gün sonra ölüb, cinayət işi başlanılıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb













