Burun əməliyyatı həyatını qaraltdı: Paytaxt sakini həkimi məhkəməyə verdi
2 380 manat ödədiyi əməliyyatdan sonra burun nahiyəsində fəsadlar yarandığını iddia edən vətəndaş məhkəməyə müraciət edib.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxt sakini Firuzə Əliyeva burun çəpərinin əyriliyi və rinoplastika əməliyyatından sonra səhhətində ciddi problemlər yarandığını iddia edir. Onun sözlərinə görə, əməliyyatdan sonra beynində travma yaranıb, görmə qabiliyyəti zəifləyib, nəfəs alması çətinləşib. Bundan əlavə, burun dəlikləri arasında yerləşən kanallarda iltihab prosesi başlayıb.
Firuzə Əliyeva bildirir ki, bir il əvvəl paytaxtdakı özəl klinikalardan birində lor-cərrah Babək Həsənli tərəfindən əməliyyat olunub. Lakin əməliyyat gözlənildiyi kimi fəsadsız keçməyib.
Onun iddiasına görə, əməliyyat üçün 2 380 manat ödəniş etsə də, sonradan yaranan fəsadların müalicəsi üçün əlavə olaraq 6 min manatdan çox vəsait xərcləməli olub. Bu səbəbdən də o, həkimə qarşı təzminat tələbi ilə məhkəməyə müraciət edib.
Məsələ ilə bağlı lor-cərrah Babək Həsənli ilə də əlaqə saxlanılıb. O, pasiyentin irəli sürdüyü iddialara münasibət bildirərək qeyd edib ki, Firuzə Əliyeva əməliyyatdan sonra tövsiyə olunan müalicə və reabilitasiya tədbirlərinə əməl etməyib.
Nəsimi Rayon Prokurorluğundan isə bildirilib ki, faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb













