Hindistanda təyyarə qəzası: Ştatın vitse-baş naziri və daha 4 nəfər həlak oldu
Hindistanın Maharashtra ştatında baş verən təyyarə qəzası nəticəsində ştatın vitse-baş naziri Ajit Pavar və daha 4 nəfər həyatını itirib.
Far.Az xəbər verir ki, Ajit Pavarın olduğu Learjet 45 tipli təyyarə Pune bölgəsindəki Baramati hava limanına eniş etməyə çalışarkən idarəetmədən çıxaraq yerə çırpılıb. Toqquşmadan sonra təyyarə alovlanıb.
Qəza nəticəsində 66 yaşlı Ajit Pavar, 2 pilot, 1 mühafizəçi və 1 kabin heyəti üzvünün həlak olduğu bildirilib.
Hindistan Mülki Aviasiya Baş İdarəsi (DGCA) hadisə ilə bağlı açıqlamasında qəza zamanı sağ qalan olmadığını təsdiqləyib. Qeyd olunub ki, Ajit Pavar yerli seçki mitinqlərində iştirak etmək üçün səfərdə olub.
Hindistanın Baş naziri Narendra Modi faciə ilə bağlı başsağlığı verib. O, Ajit Pavarın xalqla sıx əlaqələri olan, çalışqan və idarəetmə sahəsində təcrübəli bir lider olduğunu vurğulayaraq, "Onun vaxtsız ölümü dərin sarsıntı və böyük kədər doğurur. Ailəsinə və yaxınlarına başsağlığı verirəm" deyə bildirib.
Oxşar xəbərlər
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır













