Dünya nəhəngi 30 min əməkdaşını ixtisar edir
ABŞ-nin iri yükdaşıma şirkəti United Parcel Service (UPS) Amazon üçün həyata keçirilən çatdırılmaların həcminin azalması səbəbindən bu il 30 min əməkdaşını işdən çıxarmağı planlaşdırdığını açıqlayıb.
Far.Az xəbər verir ki, şirkətin Maliyyə Direktoru Brayan Dayks ötən ilin son rübünə dair maliyyə hesabatının təqdimatından sonra keçirilən investor konfransında bildirib ki, Amazon sifarişlərində azalma ilə əlaqədar ümumi əməliyyat iş saatları təxminən 25 milyon saat azaldılacaq.
Onun sözlərinə görə, ixtisarlar əsasən əməkdaşların könüllü ayrılması və tam ştatlı sürücülər üçün təklif ediləcək xüsusi könüllü proqramlar vasitəsilə həyata keçiriləcək.
Maliyyə hesabatında həmçinin qeyd olunub ki, 2026-cı ilin ilk yarısında 24 bina bağlanacaq, ilin ikinci yarısında isə əlavə obyektlərin bağlanması ehtimalı nəzərdən keçirilir.
Qeyd edək ki, UPS daha əvvəl – 2025-ci ilin üçüncü rübünə dair hesabatında, ötən il ümumilikdə 48 min nəfərin, o cümlədən 34 min əməliyyat işçisinin işdən çıxarıldığını açıqlamışdı.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Yasamalda bina təhlükə altındadır: Sakinlər ölüm qorxusu ilə yaşayırlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır













