Bərdədə köhnə məktəb binasındakı yanğının təfərrüatları məlum olub - YENİLƏNİB
Far.Az xəbər saytı

Bərdədə köhnə məktəb binasındakı yanğının təfərrüatları məlum olub - YENİLƏNİB


Bu gün səhər saatlarında Bərdə rayonunda köhnə məktəb binasındakı baş verən yanğının bəzi təfərrüatları məlum olub.

“Report”un Qarabağ Bürosunun əldə etdiyi məlumata görə, yanğın zamanı 1994-cü ilə təvəllüdlü Miriyev Ceyhun Təvəkkül oğlu xəsarət alıb.

Hadisədən sonra yaralı təcili tibbi yardım avtomobili ilə Bərdə Mərkəzi xəstəxanasına yerləşdirilib.

Müayinədən sonra ona dördüncü dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib.

Yaxınlarının bildirdiyinə görə, C. Miriyev özünü yandırmağa cəhd edib. Hazırda faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

07:33

Bərdədə köhnə məktəb binasında yanğın baş verib

“Report”un Qarabağ Bürosunun verdiyi xəbərə görə, hadisə Birinci Qaradəmirçi kəndində qeydə alınıb.

Laçın rayonundan olan, məktəb binasında məcburi köçkün kimi məskunlaşan şəxsin yaşadığı otaqda baş verən yanğın nəticəsində bir nəfər yanıq xəsarətləri alıb.

Zərərçəkən Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Zəfər tarixindən səhifələr: Laçın şəhərinin azad olunmasından iki il ötür - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər