Fars körfəzi ölkələrinin Azərbaycana investisiyaları 600 milyon dolları ötüb
2025-ci ilin birinci yarısının sonuna Fars körfəzi ölkələri Azərbaycana 606 milyon ABŞ dolları məbləğində investisiya yatırıb.
"Far.Az" xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankının (EDB) "Avrasiya regionu və Asiyadan olan tərəfdaş ölkələr: investisiya axınlarının təhlili" adlı hesabatında deyilir.
Bank Körfəz ölkələrindən Avrasiya regionuna investisiyaların yüksək tempini qeyd edir. 2025-ci ilin birinci yarısında onların məbləği 23,9 milyard ABŞ dolları təşkil edib ki, bu da 2016-cı illə müqayisədə 3,2 dəfə, 2023-cü ilə nisbətən isə 60 % çoxdur.
2025-ci ilin ilk altı ayında Fars körfəzi ölkələrinin investorları ümumi dəyəri təxminən 1 milyard ABŞ dolları olan 10 yeni layihəyə start verib. Tam reallaşdırıldığı halda bu təşəbbüslərin ümumi dəyəri 6,5 milyard dolları üstələyəcək.
2016-cı ildən etibarən aktiv layihələrin sayı 55-ə çatıb. 2025-ci ildə Özbəkistanda beş, Qazaxıstanda üç, Azərbaycanda isə iki layihənin həyata keçirilməsinə başlanılıb.
Avrasiya regionuna investisiya qoyuluşu üzrə liderlər sırasında BƏƏ (68 %, 16,1 milyard ABŞ dolları), Səudiyyə Ərəbistanı (18 %, 4,2 milyard ABŞ dolları), Qətər (10 %, 2,4 milyard ABŞ dolları) və Oman (5 %, 1,1 milyard ABŞ dolları) yer alır.
"Körfəz ölkələrindən investisiyaların demək olar ki, 96 %-i Mərkəzi Asiyaya yönəlib. Ən az vəsaitin daxil olduğu ölkələr Azərbaycan (606 milyon dollar), Ermənistan (174 milyon dollar), Gürcüstan (157 milyon dollar), Qırğızıstan (75 milyon dollar) və digərləridir", - hesabatda qeyd olunur.
BƏƏ-nin "Masdar" şirkəti Azərbaycanın Neftçala və Biləsuvar rayonlarında günəş elektrik stansiyalarının tikintisi üzrə iki layihə həyata keçirir. Bu layihələrə müvafiq olaraq 383 milyon dollar (Neftçala rayonu, 315 MVt) və 283 milyon dollar (Biləsuvar rayonu, 445 MVt) sərmayə yatırılacaq.
Sahəvi stuktur baxımından Körfəz ölkələri əsas investisiyalarını neft-qaz sektoruna və elektrik enerjisinə yönəldib. İnvestisiyaların təxminən 43 %-i Türkmənistanda neft hasilatı layihəsinə, daha 35 %-i isə Özbəkistan və Azərbaycanın elektrik enerjisi, əsasən bərpa olunan enerji mənbələri seqmentində 29 layihəyə yönəldilib.
"Son illərdə ərəb investorları aktivlərin şaxələndirilməsi imkanlarını daha fəal şəkildə araşdırır, Azərbaycan, Gürcüstan və Ermənistanda investisiya qoyuluşu üçün yeni istiqamətləri nəzərdən keçirir", - EDB vurğulayır.
Səudiyyə Ərəbistanının əsas investisiya istiqaməti Özbəkistandır. Bütün toplanmış yatırımların təxminən 93 %-i bu ölkənin payına düşür, investisiyaların qalan hissəsi isə Azərbaycana yönəldilib.
Oxşar xəbərlər
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Yatmazdan əvvəl yeyilən ən zərərli qəlyanaltının adı açıqlandı
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib













