Türkiyədə restoran və kafelərlə bağlı YENİ QADAĞA
Far.Az xəbər saytı

Türkiyədə restoran və kafelərlə bağlı YENİ QADAĞA


Türkiyədə ictimai iaşə obyektlərində istehlakçılardan müxtəlif adlar altında əlavə ödənişlərin alınması rəsmi şəkildə qadağan edilib. Belə ki, restoranlar, kafelər, şirniyyat dükanları və digər qida-içki məkanları artıq xidmət haqqı, masa pulu, süfrə və ya örtük haqqı kimi ödənişlər tələb edə bilməyəcək.

Far.Az xəbər verir ki, bu məhdudiyyət Türkiyə Ticarət Nazirliyi tərəfindən hazırlanmış və "Qiymət etiketlərinə dair qaydalarda dəyişiklik edilməsi haqqında Qayda"nın qüvvəyə minməsi ilə təsdiqlənib.

Yeni tənzimləməyə əsasən, menyuda qeyd olunan qiymətlər yekun hesab sayılır və müəssisələr müştərilərdən bundan əlavə hər hansı məcburi ödəniş tələb etmək hüququna malik deyil.

Qərarın əsas məqsədi qiymətlərin daha şəffaf olmasını təmin etmək və istehlakçı hüquqlarının qorunmasını gücləndirməkdir.

Qaydaları pozan iaşə obyektləri isə qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunacaq.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər