Azərbaycanda bu qərarın müddəti martın 1-nədək UZADILDI
Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən "Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclasında ov mövsümünün müddətinin artırılması barədə qərar qəbul edilib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva Far.Az-ə bildirib ki, ölkə ərazisində quşların qış sayğısı yekunlaşıb və mütəxəssislər tərəfindən aparılan müşahidələr nəticəsində quş populyasiyalarının sabit olduğu müəyyən edilib. Mövcud vəziyyət, quşların qışlama dövrünün xüsusiyyətləri və ov həvəskarlarının müraciətləri nəzərə alınaraq ov mövsümünün 1 mart 2026-cı il tarixinədək uzadılması məqsədəuyğun hesab olunub.
Xidmət rəsmisi vurğulayıb ki, ov mövsümü müddətində vətəndaşlar mövcud qanunvericiliyin tələblərinə ciddi riayət etməli, yalnız müəyyən edilmiş limitlər daxilində və qanuni icazə sənədləri əsasında ov etməlidirlər. Qadağan olunmuş ərazilərdə, o cümlədən milli parklar və dövlət təbiət qoruqlarında ov hallarına yol verilməməlidir.
Oxşar xəbərlər
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
2026-cı il Gənclər üçün Prezident mükafatları verilib
-
Bir qrup şəxsə 2026-cı il Gənclər üçün Prezident mükafatları verilib - SƏRƏNCAM
-
UN-Habitat-ın icraçı direktoru: Bakı WUF13-ə hazırdır
-
Türkiyədə restoranlarda servis haqqı qadağan edilib
-
Marketdə "kömək etmək" adı ilə vətəndaşa yaxınlaşıb çantasını oğurlayan şəxs saxlanıldı
-
"EU Today": Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında unikal mövqeyə malikdir













