Tramp yeni açıqlamaları ilə dünya mətbuatının marağını çəkib
ABŞ Prezidenti Donald Tramp İran, Böyük Britaniya və Kuba ilə bağlı yeni açıqlamalarla çıxış edib. O, bu fikirləri həyat yoldaşı Melaniya Trampın adını daşıyan "Melania" filminin Kennedi Mərkəzində keçirilən qala nümayişi zamanı jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.
Far.Az xəbər verir ki, Tramp İranla bağlı son günlərdə danışıqlar apardığını və bunu davam etdirməyi planlaşdırdığını bildirib. ABŞ-nin bölgədə güclü hərbi gəmilərinin olduğunu xatırladan Tramp, "Ümid edirəm ki, bu gəmilərdən istifadə etmək məcburiyyətində qalmarıq", – deyə Tehrana xəbərdarlıq edib.
O, İranın nüvə silahı proqramından və etirazçıların öldürülməsindən imtina etməli olduğunu vurğulayıb.
ABŞ prezidenti Böyük Britaniyanın Çinlə yeni əməkdaşlıq planlarını da tənqid edərək bunun "çox təhlükəli" olduğunu bildirib. Tramp həmçinin Kanadanın Çinlə iş görməsini daha riskli adlandırıb.
Kuba ilə bağlı isə Tramp daha sərt ifadələr işlədib. O, Kubanı "uğursuz dövlət" adlandıraraq, "Kuba öz xalqına çox pis davranır", – deyə bildirib.
Bununla yanaşı, Tramp Kubaya neft satan ölkələrdən ABŞ-a idxal olunan mallara gömrük rüsumu tətbiqini nəzərdə tutan sərəncam imzalayıb.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Arzu Əliyeva "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













