"KazMunayQaz" Almatı hava limanında AZAL təyyarələrini yanacaqla təmin edəcək
"KazMunayQaz-Aero" MMC ("KazMunayQaz" şirkətinin törəmə müəssisəsi) bir sıra xarici hava daşıyıcılarının, o cümlədən "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin təyyarələrinin yanacaqla təmin olunması üzrə müqavilələr imzalayıb.
"Report" "KazMunayQaz"a istinadən xəbər verir ki, söhbət Almatı Beynəlxalq Aeroportunda təyyarələrin yanacaqla təminatı üzrə "SpaceBee Airlines", AZAL, "My Freighter Airlines", həmçinin "Easy Charter" şirkətləri ilə imzalanmış müqavilələrdən gedir.
"Əməkdaşlığın genişləndirilməsi isə aviasiya yanacağının qiymətinin azaldılması və Qazaxıstanın əsas hava qovşaqlarından birində xidmət şərtlərinin rəqabət qabiliyyətinin artırılması nəticəsində mümkün olub", - məlumatda qeyd edilib.
Şirkətdən bildirilib ki, beynəlxalq hava daşıyıcılarının cəlb edilməsi üzrə iş Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkənin tranzit potensialının inkişaf etdirilməsi üzrə tapşırıqları çərçivəsində aparılır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
FHN Qəbələ aeroportunda təlim keçirib
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistanda bir partiya seçkidə iştirakdan geri çəkildi
-
Məcnun Məmmədov: "Son 5 il ərzində heyvanların sayında azalma müşahidə olunur"
-
Pezeşkian: Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb
-
"Euronews": Dohada Hörmüz boğazı və uranla bağlı məsələlərə diqqət yetirilib - YENİLƏNİB
-
Si Cinpin Vuçiçlə ölkələr arasında tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər
-
"City Finance" BOKT maliyyə vəziyyətini açıqlayıb













