Ümumdünya Şahmat Olimpiadası: Azərbaycanın qadınlardan ibarət millisi son görüşünü keçirib
Far.Az xəbər saytı

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycanın qadınlardan ibarət millisi son görüşünü keçirib


Azərbaycanın qadınlardan ibarət millisi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında son görüşünü keçirib.

"Report"un məlumatına görə, XI turda yarışın favoriti Hindistanla üz-üzə gələn yığma 0,5:3,5 hesabı ilə uduzub.

Harika Dronavalli - Günay Məmmədzadə 1:0
Rəmeşbabu Vaişəli - Ülviyyə Fətəliyeva 0,5:0,5
Deşmux Divya - Gövhər Beydullayeva 1:0
Vantika Aqraval - Xanım Baladjayeva 1:0

Qadınlardan ibarət millimiz daha əvvəl Sloveniya (3:1), Nikaraqua (4:0), Avstraliya (3:1), Vyetnam (2,5:1,5) İsveçrədən (4:0) üstün olub, Argentina, Ukrayna və İtaliya ilə heç-heçə edib (2:2), Qazaxıstana isə yenilib - 1:3.

Oxşar xəbərlər

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri İtaliya ilə üz-üzə gəliblər
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri növbəti görüşlərini keçiriblər
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycanın kişilərdən ibarət millisi uduzub, qadınlar heç-heçə edib
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan yığmaları bu gün növbəti görüşlərini keçirəcək
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan yığmaları Hindistan və Ukrayna ilə üz-üzə gələcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər