Qışın ən faydalı meyvəsi – Virusdan qoruyur, öskürəyi azaldır
Far.Az xəbər saytı

Qışın ən faydalı meyvəsi – Virusdan qoruyur, öskürəyi azaldır


Qış mövsümündə immunitetin zəifləməsi fonunda mütəxəssislər təbii vasitələrə üstünlük verməyi tövsiyə edirlər. Bu dövrdə ən faydalı meyvələrdən biri məhz heyvadır.

BAKU.WS xəbər verir ki, heyva C vitamini ilə zəngindir və bu xüsusiyyəti sayəsində orqanizmi virus və soyuqdəyməyə qarşı daha davamlı edir. Xüsusilə mövsümi xəstəliklərin artdığı aylarda heyva təbii qoruyucu rol oynaya bilər.

Mütəxəssislərin sözlərinə görə, heyva boğaz ağrısı və öskürək zamanı da faydalıdır. Qaynadılmış heyva və ya heyva çayı boğazı yumşaldır, qıcıqlanmanı azalda bilər.

Bundan əlavə, heyva həzm sisteminə müsbət təsir göstərir. Tərkibindəki lif bağırsaqların fəaliyyətini yaxşılaşdırır, mədə turşuluğunu tənzimləməyə kömək edir. Antioksidantlarla zəngin olması isə dərinin sağlam qalmasına dəstək verir.

Mütəxəssislər heyvanın həm çiy, həm bişmiş, həm də kompot və ya çay formasında istifadə oluna biləcəyini qeyd edirlər. Onların fikrincə, qış rasionuna bu meyvəni əlavə etmək ümumi sağlamlıq üçün faydalı seçimdir

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər