Ukrayna Energetika Nazirliyi: Ölkənin enerji sistemi tədricən bərpa olunur
Ukraynanın enerji sistemi bu gün səhər saatlarında baş verən sistem qəzasından sonra tədricən bərpa olunur.
Far.Az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi sosial şəbəkələrdə məlumat yayıb.
Nazirliyin məlumatına görə, elektrik təchizatı yaxın saatlarda tam bərpa olunacaq: "Müxtəlif bölgələrdə elektrik enerjisinin təchizatı müddətləri fərqli ola bilər. Atom elektrik stansiyalarının bloklarının nominal gücə qədər mərhələli yüklənməsi vaxt tələb edir".
Qeyd edilib ki, nazirlik ölkənin bir sıra bölgələrində qəza xarakterli elektrik kəsintiləri tətbiq etməyə məcbur olub.
"Güc çatışmazlığı çox yüksək olaraq qalır, buna görə də avadanlığın zədələnməsinin qarşısını almaq fövqəladə kəsintilər zəruridir", - nazirlikdən bildirilib.
*** 15:10
Bu gün Rumıniya, Moldova və Ukrayna enerji sistemləri arasında texnoloji nasazlıq baş verib, bu da ölkədə elektrik enerjisinin kəsilməsinə səbəb olub.
Far.Az report-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri Denis Şmıqal sosial şəbəkələrdə məlumat yayıb.
"Bu gün yerli vaxtla saat 10:42-də Rumıniya və Moldova enerjisistemləri arasında 400 kV-luq xəttin və Ukraynanın qərb və mərkəzi hissələri arasında 750 kV-luq xəttin eyni vaxtda sıradan çıxması ilə texnoloji nasazlıq baş verib", - D.Şmıqal bildirib.
Onun sözlərinə görə, enerji sistemində baş verən xəta Ukrayna elektrik enerjisi şəbəkəsində kəsintilərə və yarımstansiyalarda avtomatik qoruma sistemlərinin aktivləşməsinə səbəb olub.
Hazırda Kiyev şəhərində, Kiyev, Jitomir və Xarkov vilayətlərində qəza xarakterli xüsusi elektrik kəsintisi qrafikləri tətbiq edilib.
"Ukrenergo"nun enerji mütəxəssisləri elektrik enerjisi təchizatının bərpası üçün çalışırlar. Yaxın saatlarda işıq yanacaq", - D.Şmıqal qeyd edib.
Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə bildirib ki, artıq Baş nazir Yuliya Sviridenko və energetika naziri Denis Şmıqalın Ukraynanın enerji sistemindəki vəziyyətlə bağlı məruzələrini dinləyib.
Oxşar xəbərlər
Ukrayna Energetika Nazirliyi: Ölkənin enerji sistemi tədricən bərpa olunur – YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Leyla Əliyeva Əddis-Əbəbədə bir sıra sosial və mədəni obyektlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb
-
ABŞ Nümayəndələr Palatası Pit Heqsetin impiçmenti təşəbbüsünü bloklayıb













