IOM-in baş direktoru: Azərbaycanın COP29-a sədirliyini səbirsizliklə gözləyirik
Far.Az xəbər saytı

IOM-in baş direktoru: Azərbaycanın COP29-a sədirliyini səbirsizliklə gözləyirik


Azərbaycanın COP29-a sədirliyini səbirsizliklə gözləyirik.

Bunu “Far.Az”un ABŞ bürosuna açıqlamasında Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) baş direktoru Emi Pop söyləyib.

BMT Baş Assambleyasının “Yüksək Səviyyəli Həftə”si çərçivəsində COP29 prezidentliyinin ev sahibliyi ilə keçirilən “İqlim, sülh və insan mobilliyi” mövzusunda dəyirmi masanın iştirakçısı olmuş E. Pop Azərbaycanın COP çərçivəsində fəaliyyətlərini yüksək qiymətləndirib:

“COP29 ərəfəsində mən də Bakıda olacağam və buna görə çox həyəcanlıyam. Düşünürəm ki, uğurlu bir COP olacaq. İdeyaları praktika ilə birləşdirmək və hərəkətə keçmək bizim üçün həmişə vacibdir. Bu gün Azərbaycanın ev sahibliyi ilə BMT-də keçirilmiş “İqlim, sülh və insan mobilliyi” mövzusundakı görüşü olduqca vacib idi”.

Onun sözlərinə görə, “ən vacib şey sülhün iqlimi, insan mobilliyini birləşdirməsidir ki, bu tərəfdaşlıq hazırda İqlim dəyişikliyi və iqlim dəyişikliyi nəticəsində miqrasiya edən bütün dünyadakı insanlara dəstək olmaq üçün çox vacibdir”:

“Biz bu gün dünyadakı yüzlərlə və milyonlarla insanı dəstəkləyirik və məqsədimiz uğurlu nəticələrə nail ola bilməyəcəyimiz konkret və praqmatik addımlar atmaqdır. Bizim COP komandası ilə birlikdə kökləndiyimiz bir nömrəli məsələ diqqətdən kənarda qalmış, bir növ yetərincə diqqət çəkməmiş problemlərin müəyyən olunmasıdır və gündəmə gətirilməsidir. Düşünürəm ki, onlar bu gün bir çox mübahisəli məsələlərə həllər axtarırlar, bir çox tərəfdaş banklardan, yaşıl iqlim fondlarından öhdəliklər arayışındadırlar. Onlar iqlim dəyişkənliklərinin təsirini və zərərini azatmaq üçün konkret məlumat və bir çox yollar axtarırlar”.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
BMT-də COP29 sədrliyinin ev sahibliyi ilə “İqlim, Sülh və İnsan mobilliyi” dəyirmi masası keçirilib
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Sənət dostları Şahmar Ələkbərovu anırlar: "Sanki tez gedəcəyini hiss edirdi..." - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər