Biləsuvar heyvan bazarında yenidən satışa başlanılıb
Biləsuvar heyvan bazarında təxminən 3 aylıq fasilədən sonra bu gün yenidən satışa başlanılıb.
"Far.Az"un Muğan bürosunun məlumatına görə, rayonun Əliabad kəndi ərazisində yerləşən bazar həftənin cümə axşamı və bazar günləri fəaliyyət göstərəcək.
Bazar ərazisi asfaltlanıb, giriş və çıxış qapısında dezbaryerlər, həmçinin yem anbarı, iri və xırdabuynuzlu heyvanların satış sahələri yenidən qurulub. Rampa və çardaqlar quraşdırılıb. Baytarlıq nəzarəti məqsədilə kliniki baxış platformaları yaradılıb. Xəstə heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması üçün xüsusi izolyatorlar tikilib.
Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib.
Qeyd edək ki, bundan öncə Beyləqan, Ağcabədi, İmişli, Şamaxı, Göyçay, Salyan, Göygöl və Bərdə heyvan bazarları fəaliyyətə başlayıb.
Oxşar xəbərlər
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Biləsuvarda heyvan bazarı yenidən fəaliyyətə başlayıb
Bərdə heyvan satışı bazarı yenidən fəaliyyətə başlayıb
Biləsuvar heyvan bazarı yenidən fəaliyyətə başlayıb
İki rayonda heyvan bazarları fəaliyyətə başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi – ƏTRAFLI
-
Laçın və Zəngilanda "Səyyar Gənclər Xidməti" fəaliyyət göstərəcək
-
Bakıda və Abşeron yarımadasında tozlu hava hökm sürür
-
Aqşin Ağkəmərli 66 yaşında vəfat etdi
-
UFC-də qalmaqal böyüyür - Aleks Pereyraya sərt cavab verildi
-
İsrail aviasiyası Livanın cənubunda "Hizbullah"ın mövqelərinə zərbələr endirib













