Parisdə yəhudi məktəbinə hücum edilib
Far.Az xəbər saytı

Parisdə yəhudi məktəbinə hücum edilib


Paris prokurorluğu Fransanın paytaxtında yəhudi məktəbinə qarşı törədilmiş vandalizm aktları ilə bağlı istintaqa başlayıb.

"Far.Az" xəbər verir ki, bu barədə "Agence France-Presse" hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, "Bet Lubaviç" məktəbinə hücum Parisin XX dairəsində baş verib. Binanın pəncərələri sındırılıb, fasaddan videokamera və xatirə lövhəsi qoparılıb.

Paytaxt prokurorluğu din əleyhinə motivlərlə təşkil olunmuş qrup tərəfindən əmlakın zərər görməsi işi üzrə istintaqa başlayıb. Rayon polis komissarlığı isə təqsirkarların axtarışına başlayıb.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Xatirə İslamdan qarlı havada FOTOSESSİYA
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Qərb zonasında seçicilər səsvermədə fəallıq nümayiş etdirirlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər